Modern.az

Kollec imtahanlarının nəticələri açıqlandı

Kollec imtahanlarının nəticələri açıqlandı

4 Sentyabr 2012, 12:56

Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasından (9 illik) orta ixtisastəhsili müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bu barədə Modern.az saytına TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.
Nəticələr qurumun rəsmi saytına -  aşağıdakı linkdə yerləşdirilib.

(//tqdk.gov.az/net2012tex9/)

Bildirilib ki, cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında ayrılmış 10404 plan yerinə 35682 abituriyent sənəd verib. Onlardan 34415 nəfəri imtahanda iştirak edib, 1192 abituriyent imtahana gəlməyibdir. 

Abituriyentlərdən 55  nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə, imtahandan xaric olunmuş və nəticələri ləğv olunub. 

Cavab kartlarının emalı zamanı xüsusi kompyuter proqramları vasitəsilə aparılan araşdırmalar nəticəsində imtahanda 20 nəfərin köçürməyə yol verdikləri aşkar edilib, qəbul qaydalarına uyğun olaraq həmin abituriyentlərin nəticələri ləğv olunubdur. 

Qeyd edilib ki, abituriyentərdən 10215 nəfəri orta ixtisas təhsili müəssisələrinə  qəbul olub. Qəbul olanlar sentyabrın 5-dən 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcəkdir.

Qeyd edək ki, qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran və Xaçmaz şəhərlərində keçirilib.

 

Anar RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB