Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulacaq.
Modern.az xəbər verir ki, sonuncu oyun günündə “Qəbələ” doğma meydanda “Zirə” ilə münasibətlərə aydınlıq gətirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun qapanış matçında isə “Neftçi” “Səbail”i qəbul edir.
Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” “Sabah”a 2:0 hesabıyla qalib gəlibsə, “Sumqayıt” – “Keşlə” görüşündə qalib müəyyənləşməyib – 2:2.
Azərbaycan Premyer Liqası
20-ci tur
14 mart
“Qəbələ” – “Zirə” 1:1 Qol: V.Medimoreç, 23 – F.Melivilo, 90+4.
Qırmızı vərəqə: M.Giqauri, 29.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Rəhim Həsənov.
Qəbələ şəhər stadionu