Modern.az

Rusiya azərbaycanlının qatilini Ermənistana təhvil verdi - FOTO

Rusiya azərbaycanlının qatilini Ermənistana təhvil verdi - FOTO

Aktual

14 Mart 2021, 20:45

Rusiyada azərbaycanlının qətlinə görə azadlıqdan məhrum edilmiş Arman Arakelyan dünən Ermənistana təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə “news.am”a onun vəkili Artur Daşyan bildirib.

 

O, qeyd edib ki, bununla bağlı işlər uzun müddətdir görülürdü. Arman Arakelyanın ekstradisiyası koronavirus məhdudiyyətləri, ikinci Qarabağ müharibəsi və digər səbəblərə görə təxirə salınıb. Qatil cəzasının qalan hissəsini vətənində çəkəcək.

 

Cinayətkar cəzasının 6 ilini Rusiyanın Murmansk şəhərindəki həbsxanada çəkib.

 

Arman Arakelyan Rusiyada azərbaycanlını qətlə yetirdiyinə görə, 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkumun oğlu və qohumları onun ekstradisiyası tələbi ilə Ermənistanın hökumət binası qarşısında aksiya keçiriblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...