Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

 

Təlimlər martın 18-dək davam edəcək.