Modern.az

İsa Qəmbər yenidən Hacıbala Abutalıbova müraciət edəcək

İsa Qəmbər yenidən Hacıbala Abutalıbova müraciət edəcək

4 Sentyabr 2012, 14:28

Müsavat Partiyasının uzun müddətdir həllini tapmayan qurultay məsələsi yenidən gündəmə gəlib. Qurultayın sentyabrda keçiriləcəyini bildirən partiya rəsmiləri məsələ ilə bağlı yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünürlər. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Onun sözlərinə görə, hazırda bu məsələ aktual olmasa da, partiya qurultaya yer ayrılması üçün yenidən Bakı meriyasına üz tuta bilər.

“ Biz yenə də hakimiyyətdən cavab gözləyirik. Təbii ki, hələ də Bakı şəhər İcra Hakimiyyətin bizə istədiyimiz yeri verəcəyinə ümidimizi üzməmişik. Hesab edirik ki, onlar nəhayət öz yalnış qərarlarını dəyişib, bizə yer ayıracaqlar. Biz qurultay keçirməyə tam hazırıq. Sadəcə, bizim yenə də yer problemimiz var, bu, həll olunarsa, bir ay içində qurultayı təşkil edəcəyik. Ola bilər ki, biz yenə də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edək, amma bu məsələ hazırda müzakirə olunmayıb”, - deyə G.Aslanlı bildirib.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerlərdən imtina edərək, VII qurultayını xaricdə keçirmək istəyirdi. Bir müddət əvvəl Müsavat funksionerləri qurultayın bu ay, yəni sentyabrda keçiriləcəyini bildirmişdilər. Hələlik isə qurultayla bağlı heç bir yenilik hiss olunmur.

Anar RÜSTƏMOV 

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi