Modern.az

Ermənistanda yoluxma azaldı - ölü sayı artdı

Ermənistanda yoluxma azaldı - ölü sayı artdı

15 Mart 2021, 11:00

Ermənistanda son sutkada daha 317 nəfər COVID-19-a yoluxub.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 178 702-yə çatıb.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 3 265-ə yüksəlib.

 

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 837 nəfərdir. İndiyədək 166 410 pasiyent infeksiyadan sağalıb.

 

Hazırda ölkədə 8 190 aktiv koronavirus xəstəsi var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...