Modern.az

Daha bir deputat güneyli zəlzələ qurbanlarına yardım etdi

Daha bir deputat güneyli zəlzələ qurbanlarına yardım etdi

4 Sentyabr 2012, 14:54

Güney Azərbaycan ərazisində baş verən zəlzələ ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım aksiyasına daha bir millət vəkili qoşulub. Cəmiyyətdən Modern.az-a verilən məlumata görə, deputat Adil Əliyev İrandakı soydaşlarımıza yardım edib. Belə ki, o, yardım fonduna 1000 AZN məbləğində pul köçürüb.

Ümumilikdə isə avqustun 14-də başlanan kampaniyaya bu günədək 13809 manat vəsait yığılıb.

Qeyd edək ki,  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı humanitar aksiyaya qoşulan millət vəkilləri  Novruz Aslan 1000 AZN, Qənirə Paşayeva 2500 AZN, Ayaz Orucov 2100 AZN, Qüdrət Həsənquliyev 394 AZN və Fazil Mustafa  isə 200 AZN yardım ediblər.

Xatırladaq ki, millət vəkili Qənirə Paşayeva zəlzələdən dərhal sonra Azərbaycan Milli Məclisinin deputatlarına çağırış edərək onları bu yardım kampaniyasına qoşulmağa çağırıb.

 

 Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi