Modern.az

Müharibədən sonra regionda vəziyyət dəyişib - ATƏT sədri

Müharibədən sonra regionda vəziyyət dəyişib - ATƏT sədri

15 Mart 2021, 12:17

Regiondakı hazırkı vəziyyət xarici işlər naziri Ceyhun Bayramovla danışıqların əsas müzakirə mövzusu olub.

 

Modern.az-ın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde mətbuat konfransında deyib.

 

Ötən ilin 10 noyabr üçtərəfli bəyanatından sonra regionda vəziyyətin əsaslı şəkildə dəyişdiyini deyən A.Linde həmin sənədə öz dəstəyini ifadə edib.

 

O bildirib ki, ikitərəfli münasibətlərin inkişafı da İsveç üçün çox vacibdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...