Modern.az

Vüqar Səfərli Şimali Kiprin Bakıdakı yeni nümayəndəsilə görüşdü – FOTO

Vüqar Səfərli Şimali Kiprin Bakıdakı yeni nümayəndəsilə görüşdü – FOTO

4 Sentyabr 2012, 15:21

Sentyabr 4-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli ilə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Sadettin Topukçu arasında görüş keçirilib.
Modern.az-ın məlumatına görə, görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin əvvəlki rəhbəri Zəki Qazioğlu da iştirak edib.

Fondun icraçı direktoru tarixi tellərlə bir-birinə bağlı olan Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında əlaqələrin son illərdə sürətlə inkişaf etdiyini, münasibətlərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Qarşılıqlı faydalı əlaqələrin təkcə iqtisadi-siyasi deyil, həm də mədəni-humanitar sahələrdə uğurla inkişaf etdiyini söyləyən Vüqar Səfərli  iki ölkə arasında medianın rolundan da danışaraq, bu sahədə  əməkdaşlığın genişləndirilməsinin zərurətini önə çəkib. İcraçı direktor Fondun təşkilatçılığı ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşlarının 2010-cu ildə Şimali Kipr Türk Cümhuriyyətinə səfər etdiyini xatırladaraq, belə layihələrin gələcəkdə də davam etdirilməsinə ehtiyac olduğunu deyib.

Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin yeni rəhbəri Sadettin Topukçu Fondun türkdilli ölkələrin media qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki səylərini yüksək dəyərləndirdiyini bildirib. O, Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri arasında əməkdaşlığın hər iki ölkə üçün faydalı olduğunu vurğulayıb.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin əvvəlki rəhbəri Zəki Qazioğlu  diplomatik missiyasını başa vurduğundan sentyabrın 1-dən onu Sadettin Topukçu əvəzləyib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi