Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı PKK/KCK qruplaşmasının Suriyadakı qolu olan PYD-YPG-yə qarşı xüsusi əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, keçirilən əməliyyat nəticəsində PYD-YPG-nin Suriyadakı törəməsinin rəhbərlərindən biri, “Şeyx Guyi” kod adlı xüsusi təhlükəli terrorçu İbrahim Babat saxlanılaraq Türkiyəyə gətirilib.
O, Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddə yerləşən hərbi bazasına və polis məntəqələrinə hücum etməyi planlaşdırırmış.
Türkiyə vətəndaşı olan İ.Babat terror qruplaşmasına 2011-ci ildə qatılıb.