Modern.az

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirildi

15 Mart 2021, 17:18

Uzun müddətdir səhhətində problemlər yaranan Əməkdar artist Zöhrə Abdullayeva xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov feysbuk hesabında yazıb.

 

"Azərbaycanın Əməkdar artisti Hacı Zöhrə xanım Abdullayevanı xəstəxanaya yerləşdirdik", - o bildirib.

 

Qeyd edək ki, Z.Abdullayevanın oğlu İsrafil Abdullayev 2018-ci il may ayının 24-də 47 yaşında vəfat edib. Bu hadisədən sonra Əməkdar artist özünə qapanıb və səhhətində problemlər yaranıb. Xeyli çəki itirən Z.Abdullayevanın durumu son günlər daha da ağırlaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı