Modern.az

Bakıda restoranda toy keçirildi - Polis basqın etdi

Bakıda restoranda toy keçirildi - Polis basqın etdi

15 Mart 2021, 17:36

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

 

  • Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.

 

Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

 

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı