Modern.az

Nişan keçirənlərin qarşısı alındı - FOTO

Nişan keçirənlərin qarşısı alındı - FOTO

15 Mart 2021, 18:47

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar profilaktiki tədbirlər davam etdirilir.

 

DİN Mətbuat Xidmətindən Modern.az- verilən məlumata görə, Sabunçu rayonu ərazisində yerləşən restoranlardan birində nişan mərasiminin keçirildiyi barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

 

Polis əməkdaşları tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən restoranın inzabatçısı, xidmət personalı və təşkilatçılar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

Ümumilikdə, 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı