Modern.az

İranın yeni səfiri Azərbaycana gəlir

İranın yeni səfiri Azərbaycana gəlir

4 Sentyabr 2012, 16:55

İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möhsün Pak Ain tezliklə Bakıya  gələcək. Bu barədə Modern.az-a İran səfirliyinin mətbuat xidmətindən məlumat verilib:
“Səfir gəlişinin dəqiq vaxtı bilinmir. Diplomatik prosedur başa çatdıqdan sonra o, Bakıya gələrək fəaliyyətə başlayacaq. Biz də yeni səfirin ən qısa zamanda gələcəyini gözləyirik”. 

İranın Azərbaycana təyin etdiyi yeni səfir Pak Ain Tailand, Özbəkistan və Zambiyada səfir olub. 
Qeyd edək ki, yeni səfirdən öncə bu postu Məhəmmədbağır Bəhrami tutub.

  Nihadə Eyyubova  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi