Modern.az

NATO xarici işlər nazirləri toplaşır

NATO xarici işlər nazirləri toplaşır

15 Mart 2021, 21:58

Pandemiyanın başlanmasından ilk dəfə NATO-ya üzv ölkələrin xarici işlər nazirləri arasında əyani görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lungesku tvitterdəki hesabında bildirib.

 

“Ötən ildən ilk dəfə xarici işlər nazirləri martın 23-24-də Alyansın qərargahında əyani görüşəcəklər”, - deyə o əlavə edib.

 

Görüşə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı