Prezident İlham Əliyev sentyabrın 4-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədri Dan Börtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Altkomitənin sədri Dan Börton paytaxtımızda gedən sürətli inkişaf proseslərindən məmnunluğunu ifadə edib. Dan Börton Azərbaycanın regionda mühüm bir dövlət olduğunu vurğulayaraq ABŞ-ın ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.
Dövlət başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrimizin daha da möhkəmləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmini qeyd edib.
Görüşdə enerji, təhlükəsizlik, Beynəlxalq Sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının uğurlu iştirakı və əməkdaşlığımızın bir sıra digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, əlaqələrimizin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Modern.az