Modern.az

Paşinyan Qasparyanın dostunu da işdən çıxardı

Paşinyan Qasparyanın dostunu da işdən çıxardı

15 Mart 2021, 23:11

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın yaxın dostunu vəzifəsindən azad edib. 

 

Modern.az xəbər verir ki, Paşinyan Vayots Dzor bölgəsinin qubernator müavini Arayik Muradyanı işdən çıxarıb. Onun hansı səbəbdən işdən çıxarıldığı açıqlanmasa da, Muradyanın baş nazirin istefasını tələb edən Qasparyana dəstək olduğu və onu müdafiə etdiyi bildirilib.

 

Arayik Muradyan 29 oktyabr 2020-ci ildə baş nazirin seçimi ilə vəzifəyə təyin olunmuşdu.



Xatırladaq ki, Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı