Modern.az

Ağdaşda maşın yeniyetməni vurub öldürdü

Ağdaşda maşın yeniyetməni vurub öldürdü

Aktual

16 Mart 2021, 01:29

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Modern.az xəbər verir ki, hadisə Bakı­Qazax yolunun rayonun Əmrarx kəndindən keçən hissəsində qeydə alınıb. "Jeep" markalı minik avtomobili yolu keçən piyada, Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlunu vurub. U.Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi