Modern.az

Rövşən Əkbərovun həbs xəbəri rəsmən TƏSDİQLƏNDİ

Rövşən Əkbərovun həbs xəbəri rəsmən TƏSDİQLƏNDİ

16 Mart 2021, 08:09

Baş Prokurorluq ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.

 

Qurumun mətbuat xidmətindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, R. Əkbərovun həbs edilməsi ilə yayılan xəbərlər doğrudur.

 

O, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

 

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

 

Xatırladaq ki, mətbuatda R. Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu