Modern.az

“Sevil Nuriyeva ilə - Bu günlər” başlayır - MÜSAHİBƏ+VİDEO

“Sevil Nuriyeva ilə - Bu günlər” başlayır - MÜSAHİBƏ+VİDEO

Media

4 Sentyabr 2012, 18:07

Tanınmış telejurnalist: ““Yeni ATV” bu seçimimdə həlledici rol oynayıb”

Tanınmış telejurnalist, Asiya Dialoqu İctimai Birliyinin və Qafqaz Media Mərkəzinin rəhbəri Sevil Nuriyeva ATV telekanalında yeni layihəyə başlayır. Yeni proqram “Sevil Nuriyeva ilə - Bu günlər” adlanacaq. Xatırladaq ki, azərbaycanlı telejurnalsit həmçinin Türkiyənin “Star” qəzetində köşə yazarı kimi çıxış edir.

Sevil Nuriyava layihə ilə bağlı Modern.az-ın suallarını cavablandırıb.

 - Sevil xanım, xeyli müddətdir Sizi televiziyada görmürük. Yeni layihənizin anonsununu görməsəydik, daha televiziyonçuluğu birdəfəlik buraxdığınızı düşünəcəkdik.

-  Təbii ki, televiziya, jurnalistika üzərində çalışılan, axtarış, yenilik sevən bir sahədir. Mən televizyonçuluqdan ayrılmamışam. Sadəcə, həmişə televiziyonçuluğun qeyd etdiyim prinsipləri üzərində yeniliklər etməyə çalışmışam. Bu baxımdan, müəyyən qədər ekranlardan kənarda qaldığım dövr də  əslində, yeni bir layihə ilə dönməyə sərf olunub. Mən yeni dövrdə yeni şərtləri, dəyişən dünyanı özündə ifadə edən tarixi, ictimai, analitik bir layihə ilə dönmək istədim. Bilirsiniz, hər gün gündəmdə olmaq, tamaşaçının gözünü “mozol” etmək jurnalist işi deyil. Jurnalistika həkimlik kimi daha çox xəstəlikləri müalicə edən bir peşədir. Bu layihə infoteiment janrında olacaq. Yəni, ciddi məsələləri əyləndirərək tamaşaçıya çatdırmaq. Bunun örnəyi dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyədə var. 

- Adətən Sevil Nuriyava deyəndə ANS yada düşüb. Bütün məşhur layihələrinizi bu telekanalda gerçəkləşdirmiziniz. Bu dəfə ATV-yə üz tutmağınız bir qədər maraqlı gəldi...

- Yaxşı ki, bu sualı verdiniz. Yəqin ki, çoxları üçün də maraqlı idi. Ona görə cavablandıraq... ANS mənim üçün hər zamankı kimi əziz bir televiziyadır. Orada işləyən hər kəsə - tək rəhbərliyə deyil, bütün heyətə sevgi və sayğı hissi duyuram. Ancaq yeni layihəm “|Birinci-İnfoteiment”lə ATV telekanalının birgə layihəsidir. Bundan başqa, ATV kanalında gördüyüm yeni yanaşma tərzi, yeni ruh, yeni rəhbərliyin çağdaş televizyonçuluğun ünsürlərini bu kanala daşımaq çabalarını görürəm və qiymətləndirirəm. Ona görə də bu seçimim düşünülmüş bir seçimdir. Yəni, “yeni ATV” bu seçimimdə həlledici rol oynayıb.

- Əksər Azərbaycan tamaşaçısının maraq dairəsi bu gün daha çox şou, əyləncə üzərinə köklənib. Belə durumda "Bu günlər" toplumun hansı kəsiminə xitab etməyi qarşıya məqsəd qoyub?

-  Biz daha çox intellektual, düşünən, kitab oxuyan, yerli kanallara baxmayıb da antennalarını xarici telekanallara kökləmiş vətəndaşları cəlb etməyi nəzərdə tuturuq. Bu auditoriyanın dairəsi genişdir, ya kiçikdir, bu artıq tək bizim problem  deyil. Biz dünya görüşümüzə, həyat tərzimizə uyğun bir proqram ortaya qoymaq istəyirik. Təbii ki, bütün televiziya seyriçiləri bizim üçün önəmlidir. Ancaq kimsə artıq yerli kanallarda yalnız şou proqlamlarına özünü kökləyibsə, bu seçimə də hörmətlə yanaşaq. 

- Proqramın dövriliyi necə olacaq?

- Proqram həftədə bir dəfə efirdə olacaq. Bilirsiniz bizim başqa layihələrimiz də var. Ona görə bu qaydada efirə çıxmağı düşünürük. Bir neçə aydan sonra Türkiyədə də layihələrimiz olacaq. Bu baxımdan, vaxtın bölüşdürülməsi gərəkdir.



Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi