İlkin məlumatlara görə, 2021-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri 7979,9 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalıb.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 7136,9 milyon manatlıq vəsait qalmışdır.
Eyni zamanda qeyd olunub ki, 2021-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz azalaraq 690,9 manat təşkil edib.
Əməkhaqqı neft-qaz sektorunda 3420,5 manat, qeyri neft-qaz sektorunda 633,1 manat olub.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 603,4 manat, özəl müəssisələrdə isə 796,3 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.