Modern.az

“Bu bina bizim vəsaitimizlə tikilib və onu biz qaytarmışıq” - FOTOLAR

“Bu bina bizim vəsaitimizlə tikilib və onu biz qaytarmışıq” - FOTOLAR

16 Mart 2021, 14:00

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva işğaldan azad edilmiş Hadrut qəsəbəsində olublar. 

 

Modern.az xəbər verir ki, dövlət başçısı və ailəsi səfər çərçivəsində keçmiş keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasında oldular.

 

Dövlət başçısı binada qısa çıxış edib: “Bu bina keçmiş Hadrut Rayon Partiya Komitəsinin binasıdır. Qanunsuz rejim burada özləri üçün administrasiya yaratmışdı. Bu bina Azərbaycan vəsaiti hesabına tikilmişdir və onu biz qaytarmışıq. Hadrut bizimdir!

 

Bu sözlər köhnə əlifba ilə yazılıb:

 

“Kolxozların əbədilik faydalanması üçün”. Bu, 1939-cu ilə qədər yazılıb. 1939-cu ildə əlifbamızı dəyişdirdilər. Bu, tarixi sənəddir”.

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı