İrəvan Türk Cümhuriyyəti tərəfindən Qərbi Azərbaycanlıların siyahıya alınması davam edir.
İrəvan Türk cümhuriyyətinin rəhbəri Qafar Çaxmaqlı bu barədə Modern.az-a bildirib ki, siyahıya alma qurumun internet saytında aparılır:
"Bizim hesablamalara görə, Qərbi Azərbaycan kökənli 5 milyondan çox əhali var. İrəvan Türk Cümhuriyyətinin apardığı siyahıyaalma gələcəkdə seçkilərlə bağlı olacaq. Cümhuriyyət seçkilər keçirəcək, demokratikliyi təmin etmək üçün belə bir addım atmağı düşünmüşük. Seçkilər yaxın müddətdə başlayacaq".
Mehri QURBAN