Slovakiyanın Xarici və Avropa İşləri naziri İvan Korçok sabah Azərbaycan Respublikasına işgüzar səfər edəcək.
XİN-dən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində İvan Korçok Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.
Daha sonra nazirlər birgə mətbuat konfransı keçirəcəklər.