Modern.az

Serbiya gələn ildən Azərbaycandan qaz alacaq

Serbiya gələn ildən Azərbaycandan qaz alacaq

Aktual

16 Mart 2021, 15:08

Bolqarıstan-Serbiya interkonnektoru (IBS) Azərbaycandan qaz idxal etməyə imkan verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Bulgartransgaz" şirkətinə istinadən məlumat verir.

 

Məlumatda qeyd olunur ki, 2017-ci ilin yanvarında iki ölkənin energetika nazirləri anlaşma memorandumu imzalayıb:

 

"İnterkonnektorun 2022-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır. Qaz kəməri ildə 1,8 milyard kubmetr qaz tədarük edəcək. Bu layihə Azərbaycandan, Yunanıstanın mayeləşdirilmiş qaz terminalından və Şərqi Aralıq dənizindəki yeni qaz kəmərində təbii qaz idxal etməyə imkan verəcək.

 

Həmçinin Serbiya qonşu ölkələrlə interkonnektorlar vasitəsilə qaz mənbələri və marşrutlarının şaxələndirilməsi üçün imkanları nəzərdən keçirir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı