Modern.az

Eldar Əzizov Bakı Meriyasında müavinsiz işləyir…

Eldar Əzizov Bakı Meriyasında müavinsiz işləyir…

16 Mart 2021, 15:37

Martın 16-da Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova tutduğu vəzifədən azad edilib.

Fidumə Hüseynovanın yerinə hələ ki yeni təyinat olmayıb.

Modern.az-ın məlumatına görə, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyindəki 3 vəzifədən 2-si boşdur. Söhbət iki müavin postundan gedir. 

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun nə vaxtadək müavinsiz işləyəcəyi məlum deyil.

Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının digər müavini Rauf Pənahov 20 iyul 2017-ci il tarixində vəfat edib. Və bu günə kimi onun yerinə təyinat olmayıb. R.Pənahov istirahətdə olduğu Qusar rayonunda ürəktutmasından ölmüşdü. Mərhum 2001-ci ildən Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini idi.


2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışan Fidumə Hüseynova isə bu gün vəzifədən azad olunub.

Eldar Əzizov 15 noyabr 2018-ci il tarixli sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

 
A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu