Modern.az

Azərbaycan və Türkiyə arasındakı vizasız gediş-gəliş bu tarixdən BAŞLAYACAQ

Azərbaycan və Türkiyə arasındakı vizasız gediş-gəliş bu tarixdən BAŞLAYACAQ

16 Mart 2021, 15:52

Azərbaycan və Türkiyə arasındakı razılaşmaya əsasən, iki ölkə arasındakı səfərlərdə yeni şəxsiyyət vəsiqələrindən istifadə ediləcək.

Modern.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, vizasız gediş-gəlişin tətbiq edilməsinin başlanma tarixi açıqlanıb.

Beləliklə, hər iki ölkənin vətəndaşları 1 aprel 2021 tarixindən etibarən qarşılıqlı ziyarətlərdə yeni şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. Bu barədə Türkiyə hökumət qurumlarından bildirilib.
Məlumata görə, vizasız yaşayışın vaxtı 30 gündən 90 günə qaldırılıb.


Fidan İlqarqızı

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı