Modern.az

Təhsil naziri sualları cavablandıracaq

Təhsil naziri sualları cavablandıracaq

16 Mart 2021, 16:30

Təhsil naziri Emin Əmrullayev “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandıracaq.

 

Modern.az xəbər verir ki, martın 18-də keçirilməsi nəzərdə tutulan canlı yayımda təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı keçirilən sorğunun nəticələri ilə yanaşı, mövzuya dair vətəndaşları maraqlandıran suallar da cavablandırılacaq.

 

Nazir xatırladıb ki, sorğu çərçivəsində ümumilikdə 9 minədək rəy qəbul olunub və sorğu hələ də davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı