Ağdamda minaya düşən şəxslərin kimliyi məlum olub.
Modern.az xəbər verir ki, onlar Hüseynov Akif Muxtar oğlu, Hüseynov Razi Akif oğlu, Hüseynov Bayram Akif oğlu, Hüseynov Anar Nadir oğlu, Hüseynov Hüseyn Razi oğludur.
Hazırda ərazidə minatəmizləmə işləri aparılır. Bu səbəbdən yaralıları ərazidən götürmək mümkün deyil. Minatəmizləmə işləri bitdikdən sonra yaralılar oradan götürüləcək.
XXX
Ağdam rayonunda 5 nəfər mülki şəxs piyada əleyhinə minaya düşüb.
Modern.az Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı bir nəfər ölüb, dörd nəfər isə xəsarət alb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib.
Faktla bağlı araşdırma aparılır.