Modern.az

Zakir Həsənov generalların məruzələrini dinlədi

Zakir Həsənov generalların məruzələrini dinlədi

16 Mart 2021, 18:51

Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin əməliyyat-taktiki təlimlərin gedişi barədə maket üzərində məruzələrini dinləyib.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, eyni zamanda, təlimlərin planına uyğun olaraq ərazinin kəşfi nəticəsində əldə olunan məlumatlar əsasında maket üzərində tapşırıqlar, qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili dəqiqləşdirilib.

Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı