Modern.az

\"Moderna\" peyvəndinin uşaqlar üzərində sınaqlarına başlandı

\

16 Mart 2021, 22:29

ABŞ-ın "Moderna" şirkəti koronavirusa qarşı peyvəndin altı aydan 12 yaşa qədər olan uşaqlar üzərində sınaqlarına başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin bəyanatında deyilir.

 

"Moderna" elan edir ki, bu gün altı aydan 12 yaşa qədər bir qrup uşağa iştirak etdiyi sınaqlar çərçivəsində peyvəndin ilk dozası vurulub", - bəyanatda bildirilib.

 

 

Məlumata əsasən, bu yaş qrupundakı klinik sınaqlar "ABŞ və Kanadada sağlam uşaqlar" arasında keçiriləcək.

 

Qeyd edilir ki, bu mərhələdə mütəxəssislər peyvəndin təhlükəsizliyini və effektivliyini öyrənmək niyyətindədirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı