Modern.az

ABŞ kəşfiyyatından Rusiya və İrana seçki ittihamı

ABŞ kəşfiyyatından Rusiya və İrana seçki ittihamı

16 Mart 2021, 22:44

Rusiya və İran ABŞ-dakı seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə dezinformasiya yayıblar.

 

Modern.az “Reuters”ə istinadla xəbər verir ki, məlumat ABŞ kəşfiyyat xidmətinin çərşənbə axşamı (16 mart – red) günü dərc ediləcək hesabatında yer alıb.

 

Bildirilib ki, Rusiya ABŞ-dakı seçki kampaniyası dövründə Co Baydenə qarşı qarayaxma kampaniyası aparıb.

 

“Eyni zamanda, ABŞ kəşfiyyatı Rusiya Federasiyasının 2020 seçkiləri zamanı Amerika seçki infrastrukturuna giriş cəhdlərini qeydə almayıb. ABŞ kəşfiyyatı iddia edir ki, İran Donald Trampın qalib gəlməsini əngəlləmək üçün ABŞ seçkilərinə təsir göstərməyə çalışıb”.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı