“Dağlıq Qarabağ - bu çox çətin bir əməliyyatdır. Mən bunu yalnız bu cür adlandırmaq istərdim”.
Modern.az xəbər verir ki, bu sözləri Qazaxıstanın “Tengrinews” agentliyinə müsahibəsində Azərbaycanın Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən danışan Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Nazir deyib:
“Birgə əməkdaşlıq... Bu çətindir, çünki Türkiyənin NATO üzvü olması buna mane olur... Ancaq həll yollarını tapırıq. Məsələn, İdlibdə deeskalasiya zonası… Ümumiyyətlə, Suriyada deeskalasiya zonalarının yaradılması, zənnimizcə, bu cür münaqişələrin həlli üçün yeni bir səhifə və yeni bir mexanizmdir...
Son işimiz təbii ki, Dağlıq Qarabağdır. Bu çox çətin bir əməliyyatdır. Mən bunu yalnız bu cür adlandırmaq istərdim... Çünki bura çox sayda arqument, element və motiv daxildir. İki yaxın qonşu vaxtilə birlikdə yaşayan insanlar müharibə aparırlar, sonrakı mərhələdə sülh, harmoniya və dostluq içində yaşamağa davam edəcəklər...
Digər tərəfdən, Türkiyənin bu münaqişəyə qarışması, bu səbəbdən türk həmkarları ilə də danışmaq və onlarla işləmək lazım idi. İnanın, bütün bunların baş tutması üçün prezidentimiz titanik bir səy göstərdi. Və hər kəs inandırmaq məcburiyyətində qaldı. Yəni, "Mən razıyam, sadəcə onları inandırın" deyən yoxdur. Xeyr, təbii ki, hamı razı salınmalı idi.
Bu gün ilk görülən iş insanların bir-birini öldürməsinin dayandırılmasıdır.
İkincisi, ümid edirəm ki, indi ikitərəfli təmaslara keçməyin və tərəflərin bir-birinilə danışmağa başlamağının vaxtıdır. Mən Ermənistanı və Azərbaycanı nəzərdə tuturam.
Və burada, əlbəttə ki, çox şey Rusiya ilə Türkiyənin qurduğu münasibətlərdən asılıdır. Həm də yeni oyunçular, köhnə qonşular görünür, ancaq təzə təklifləri ilə meydana çıxırlar. Mən İranı nəzərdə tuturam. Bu təkliflər infrastrukturun, dəmir yolunun, hidroenerji və nəqliyyat əlaqələrinin inkişafı ilə bağlıdıdır. Bir çox suallar var".