Modern.az

Binəqədidə silahlı atışma – ölən var

Binəqədidə silahlı atışma – ölən var

5 Sentyabr 2012, 13:02

Binəqədi rayon sakini Səyyub Paşayevə odlu silahdan atəş açaraq ölümcül xəsarət yetirən şəxs tutulub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 4-də Binəqədi rayonu ərazisində yaşayan Səyyub Paşayev güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Binəqədi RPİ əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş, S.Paşayevin qardaşı Teyyub tutulmuş və hadisəni törədərkən istifadə etdiyi 1 ədəd "Makarov" markalı tapança, 2 patron darağı və 14 ədəd patron ondan götürülüb.   Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi