Modern.az

Sabah da hava yağışlı olacaq

Sabah da hava yağışlı olacaq

5 Sentyabr 2012, 13:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən  məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.  Şimal-qərb küləyinin güclənəcəyi, axşam isə mülayimləşəcəyi gözlənilir.

Havanın temperaturu gecə 17-21, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən gecə və səhər dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, səhər dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacaq.


Hava şəraitinin qısa icmalına gəlincə isə  hava şəraitinin qısamüddətə dəyişiləcəyi, havanın arabir tutulacağı, şimal küləyinin güclənəcəyi gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi