Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) payız imtahanı verəcək şagirdlərə xəbərdarlıq edib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şagirdlərin payız imtahanı sentyabr ayının 9-da keçiriləcək.
Bildirilib ki, Bakı şəhəri üzrə payız imtahanında iştirak edəcək 9-cu sinif şagirdləri imtahana buraxılış vərəqəsini təhsil aldıqları təhsil müəssisələrindən əldə edə bilərlər. Digər şəhər və rayonlarda təhsil alan şagirdlər (9 illik) isə imtahanda iştirak etmək üçün imtahana buraxılış vərəqəsini rayon və şəhər təhsil şöbələrindən ala bilərlər.
A.RÜSTƏMOV