Modern.az

Baş nazir \"AstraZeneca\" peyvəndi vurduracaq

Baş nazir \

17 Mart 2021, 17:24

Britaniyanın Baş naziri Boris Conson "AstraZeneca" peyvəndi vurduracaq.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Boris Conson parlamentdə çıxışı zamanı deyib. 

 

"Oksford-AstraZneca peyvənd proqramı ilə bağlı deyəcəyim ən yaxşı şey peyvənd olacağımla bağlı xəbər almağımıdr. Çox qısa müddətdə mən də peyvənddən vurduracağam. Vurduracağım peyvənd "AstraZeneca" olacaq", - deyə Boris Conson qeyd edib. 

 

Qeyd edək ki, artıq bir neçə Avropa ölkəsi Oksford Universiteti və "AstraZeneca" şirkəti tərəfindən hazırlanan peyvəndin istifadəsini dayandırıb. Bunun səbəbi isə peyvəndin qan laxtalanmasına səbəb olması ilə bağlı iddialardır.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı