Modern.az

Azərbaycanla Türkiyə bu sahədə əməkdaşlıq edəcək

Azərbaycanla Türkiyə bu sahədə əməkdaşlıq edəcək

17 Mart 2021, 18:25

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə görüşüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Modern.az-a bildirilib ki, görüşdə meşələrin mühafizəsi, su ehtiyatlarının idarə edilməsi, iqlim dəyişmələri təsirlərinin azaldılması, hidrometeorologiya və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Həmçinin, görüş çərçivəsində iki nazirlik arasında meteorologiya və meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun tətbiqinə dair İkiillik (2021-2023-cü illər) İş Proqramları imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı