Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Fərman imzalayıb.
Modern.az-ın məlumatına görə, fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılacaq.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
-“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etməli;
-bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Bu Fərman 2021-ci il aprelin 1-dən qüvvəyə minir.