Modern.az

Ermənistanda əsgərlərə qohumları ilə görüş qadağan edildi

Ermənistanda əsgərlərə qohumları ilə görüş qadağan edildi

17 Mart 2021, 19:54

Ermənistanda əsgərlərə yaxınları ilə görüşmək, məzuniyyətə buraxılmaq qadağan edilib.

 

Modern.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, sözügedən qadağa ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədardır.

 

Ermənistan Silahlı Qüvvələrində aşkar olunan koronavirus infeksiyası hallarının sayının artması ilə əlaqədar sanitar-gigiyenik və epidemiya əleyhinə tədbirlərin həyata keçirildiyi qeyd olunur.

 

Nazirlik ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq edilən bu məhdudiyyəti anlayışla qarşılamağı xahiş edib.

 

Qeyd edək ki, Ermənistanda ümumilikdə 180 141 yoluxma, 3282 ölüm faktı qeydə alınıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı