Modern.az

Sahibkarlıq sahəsində yoxlamalar bu il də dayandırıldı

Sahibkarlıq sahəsində yoxlamalar bu il də dayandırıldı

Aktual

17 Mart 2021, 22:11

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

 

Modern.az xəbər verir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

 

-1-ci maddədə “2021” rəqəmləri “2022” rəqəmləri ilə əvəz edilsin;

- aşağıdakı məzmunda 2.1-1-ci maddə əlavə edilsin:

 

“2.1-1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.”.

 

Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı