Ermənistan parlamenti Ramil Səfərovun Macarıstandan Azərbaycana qaytarılması və əfv edilməsi məsləsinin müzakirəsi üçün növbədənkənar iclas keçirir.
Modern.az erməni mətbuatına istinadən bildirir ki, sentyarın 5-də keçirilən iclasda 90 deputat qeydiyyatdan keçib. Parlamentin bu məsələ ilə bağlı bəyanat qəbul edəcəyi gözlənilir. Erməni mətbuatının məlumatına görə, bəyanatda dünya ölkələrinin parlamentlərinə Macarıstanla Azərbaycanın Ramil Səfərovla bağlı atdığı addıma qiymət verməsi çağırışı əks olunub.
Modern.az