Modern.az

Blinkendən Şimali Koreya açıqlaması: “Baxaq görək nə alınır”

Blinkendən Şimali Koreya açıqlaması: “Baxaq görək nə alınır”

18 Mart 2021, 00:44

ABŞ Dövlət katibi Entoni Blinken Ağ Ev administrasiyanın Şimali Koreya ilə münəsibətlərə yenidən baxılması çərçivəsində hərb variantının da nəzərdən keçirildiyini inkar etməyib.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, Dövlət Departamenti qurum başçısının Yaponiyanın “Asahi TV” telekanalına müsahibəsini dərc edib.

 

Jurnalist E.Blinkenə KXDR ilə münasibətlərdə hərb variantının nəzərədən keçirilməsi ilə bağlı sual verib. O, isə öz növbəsində “müxtəlif təyziq üsullarının, həmçinin diplomatik səylərin təhlil olunaraq nəzərdən keçirildiyini” qeyd etməklə, hərb variantını istisna etməyib.  

 

“Biz bu işdə Yaponiya və Cənubi Koreya kimi müttəfiqlərimizlə birlikdə hərəkət edəcəyik. Baxaq görək nə alınır”, - deyə Dövlət katibi bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj