Modern.az

“Qocalar evi”ndə vaksinasiya - Ahıllardan yoluxan var?

“Qocalar evi”ndə vaksinasiya - Ahıllardan yoluxan var?

18 Mart 2021, 10:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki  Sosial Xidmətlər Agentliyinin  bütün sosial xidmət müəssisələrində olduğu kimi,  “Qocalar evi” kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində də  sakinlərin COVID-19 infeksiyasından qorunması təmin edilir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müəssisədə bütün bölmə və guşələr mütəmadi dezinfeksiya edilir:

 

“Profilaktik tədbirlərin effektivliyi müəssisədə sanitar-gigiyenik vəziyyətə daim ciddi nəzarət olunur.

Bununla bərabər, peyvəndləmə işləri də aparılıb. Tənha ahıl şəxslərin ilk mərhələ vaksinasiyası aparılıb, hazırda da ikinci vaksinasiya işləri aparılır”.

 

Nazirliyin məlumatına görə, 200-dən çox sakinin yaşadığı müəssisədə koronavirusa yoluxma halı olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj