Modern.az

Dövlət Komitəsi müsabiqə elan etdi

Dövlət Komitəsi müsabiqə elan etdi

18 Mart 2021, 11:29

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi: Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda dini icma üzvləri arasında yazı müsabiqəsi elan edir.

 

Modern.az xəbər verir ki, müsabiqəyə mərhum prezident Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra dövlət-din münasibətləri sahəsində yürüdülən siyasətdən, xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə dövlət səviyyəsində göstərilən qayğıdan, o cümlədən  tolerant və multikultural dəyərlərimizin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən bəhs edən məqalələr göndərilə bilər. Eyni zamanda, yazılarda Ulu Öndərin hakimiyyəti dövründə milli-mənəvi dəyərlərimizin ən əhəmiyyətli komponentlərindən olan dini abidələrimizin təmiri, bərpası və yenidən inşası, dini-ideoloji təhlükəsizliyin təmin edilməsi məqsədilə atılan zəruri addımlar, dini radikalizm və ekstremizmin ölkəmizə ayaq açmasının qarşısının alınması istiqamətində görülən işlər öz əksini tapa bilər. 

 

1.Müsabiqənin şərtləri

 

- Yazı mövzuya uyğun olmalıdır;

- Yazının həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);

- Yazı qəzetdə dərc olunarsa: A4 formatlı vərəqlərdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim olunmalıdır;

- Yazı elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək çap olunmalı və Dövlət Komitəsinə təqdim edilməlidir.

 

  1. Mükafat

I yer – 500 AZN

II yer – 400 AZN

III yer – 300 AZN

 

Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat

 

3. Müsabiqənin müddəti: Yazılar 2021-ci il 20 aprelədək təqdim edilməlidir.

 

Ünvan: Bakı şəhəri, Əhməd Cavad küç., 16

Əlaqə telefonları: (012) 437-31-15 / (012) 505-78-19

E-mail: [email protected] 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj