Modern.az

Qalmaqallı keçmiş məmur azadlığa çıxdı

Qalmaqallı keçmiş məmur azadlığa çıxdı

18 Mart 2021, 11:32

Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakılift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq sədri Ruslan Dilanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Ruslan Dilanova qarşı irəli sürülən ittihamlar məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

 

Qeyd edək ki, R.Dilanov Cinayət Məcəlləsinion 179 (mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj