Modern.az

Azərbaycanda koronavirusun yeni növü AŞKARLANDI

Azərbaycanda koronavirusun yeni növü AŞKARLANDI

Hadisə

18 Mart 2021, 12:17

Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən götürülən nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur.

 

Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1,  B.1.1.7 (Britaniya variantı) aşkar edilib.

Həmçinin bildirilib ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər