Modern.az

FHN-nin Akademiyasında qəbul olan kursantlara xəbərdarlıq

FHN-nin Akademiyasında qəbul olan kursantlara xəbərdarlıq

Təhsil

5 Sentyabr 2012, 16:31

Fövqəladə Hallar Nazirliyinin Akademiyası bu il adı çəkilən hərbi məktəbə qəbul olan müdavimlərə xəbərdarlıq edib. Modern.az-ın məlumatına görə, Akademiya rəhbərliyi I kursda oxuyacaq bütün kursantları sentyabrın 12-də saat 9.00-da Hövsan qəsəbəsində yerləşən hərbi məktəbə gəlməyə çağırıb. Bildirilib ki, onlar özlərilə müvafiq sənədləri və lazımi ləvazimatları da gətirməlidirlər.

Qeyd edək ki, bu il FHN-nin Akademiyasına əyani təhsil üzrə 100 kursant (müdavin) qəbul olunub.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına "Yanğın təhlükəsizliyi mühəndisliyi" və "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə qəbul aparılır. 

Bu ixtisaslar üzrə qəbul olanlar 17-23 yaşı Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Qəbul imtahanı I ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması, yataqxana ilə təmin olunur və təqaüd alırlar.

Təhsil müddəti 4 ildir və təhsil Azərbaycan dilində aparılır.

Akademiyanın məzunlarına "Yanğın təhlükəsizliyi mühəndisliyi", "Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi" ixtisasları üzrə bakalavr dərəcəsi, hərbi və ya xüsusi rütbələr verilir, onlar Fövqəladə Hallar Nazirliyi sistemində müvafiq vəzifələrə təyin edilirlər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi