Vətən Müharibəsi dövründə yüksək vətənpərvərlik nümayiı etdirdiklərinə və rayonda Şəhid ailələrinn və Qazilərin sosial məsələlərinə köməklik göstərdiklərinə görə bir qrup Sahibkar və ictimai fəallar rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif ediliblər.
Modern.az xəbər verir ki, bununla bağlı Goranboy rayon İcra Hakimiyyətində görüş keçirilib, görüşdə icra başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Sahibkarlar Konfederasiyasının Goranboy rayon nümayəndəliyinin rəhbəri, rayonun bir qrup sahibkarları və ictimai fəallar iştirak ediblər.