Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Binə qəsəbəsində sakinlərilə növbəti səyyar görüş keçirib. Görüşdə başçı ilə yanaşı rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Modern.az xəbər verir ki, 160 nəfər sakinin iştirak etdiyi görüşü icra başçısı Gülağa İslamov açaraq ölkədə aparılan abadlıq və quruculuq işlərindən danışıb. O, prezident İlham Əliyevin rəhbərliyilə sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ümumillikdə rayonda gördüyü məqsədyönlü işlərdən bəhs edib. G.İslamov Binə qəsəbəsində cari ildə 121 saylı məktəbin sökülərək yenidən tikildiyini, 326 saylı üçmərtəbəli 660 yerlik məktəb binasının tikilərək hazır vəziyyətə gətirildiyini, 66 və 317 saylı bağçanın əsaslı təmir olunduğunu, yeni müasir tipli stodionun açılışı üçün hazırlıq işlərinin aparıldığını, Əli İsazadə küçəsindəki yeni kanalizasiya xəttinin çəkildiyini və qəsəbədə 20 min m3 tutumlu su anbarının tikintisinin davam etdirildiyini bildirib.
Görüşdə Binə sakinləri çıxış edərək qəsəbədə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.